Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen bildirib ki, Avropa Parlamenti yanvarın sonunda “Brexit” şərtləri haqqında müqaviləni təsdiqləyəcək.

Bu barədə Unikal.org "RİA “Novosti”yə istinadən xəbər verir.

"Avropa Parlamenti ayın sonunda onu təsdiqləyəcək", - deyə o, İrlandiyada keçirilən mətbuat konfransında deyib.

Fon der Lyayen həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsinə iki həftə qalıb.