Abşeron rayonunda bir ailənin iki üzvü dəm qazından boğulub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib. Qəsəbənin H. Arif küçəsində yaşayan bir ailənin 2 üzvü hamamda dəm qazından zəhərlənərək ölüb. 

Ailə üzvləri ər və arvadın meyitini hamamda aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.