UEFA “Qarabağ” klubuna bu mövsüm Avropa Liqasının qrup mərhələsinin 4-6-cı oyun günlərində qeydə alınmış nəticələrə görə maliyyəti vəsaiti ayırıb.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın Avropa Liqası turnirinin qrup mərhələsində qələbə və heç-heçələr üçün müəyyənləşdirdiyi, həmçinin əlavə bonusların paylanması qaydası əsasında aşağıda göstərilmiş maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb:

1 heç-heçə – 190.000 avro
Əlavə bonusların paylanması – 70.500 avro
Ümumi: 260.500 avro