Qaradağ rayonu ərazisindəki evlərin birindən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26.758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.Cabbarov və T.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.