Türkiyənin İstanbul şəhərində yeniyetmə qız  “əmi” dediyi şəxs tərəfindən təcavüz olunub.  

Unikal.org xəbər  verir ki, 15 yaşlı yeniyetmə qız atasının qohumu tərəfindən iki dəfə təcavüzə məruz qalıb. O, başına gələnləri anasına danışsa da  anası onun dediklərinə inanmayıb. 

Məktəblinin hadisəni müəllimlərinə danışması nəticəsində hər şeyin üstü açılıb. Barəsində səkkiz il dörd ay həbs qərarı verilən şəxs üç aydan sonra sərbəst buraxılıb. Ona ölkə xaricinə çıxma və təcavüz etdiyi qıza 200 metrdən çox məsafədə yaxınlaşma qadağası qoyulub.

İddiaya görə, həmin şəxs ailəyə qarşı daha bir zərbə vurub.  Belə ki, təcavüz etdiyi qızın anası ilə birlikdə qaçıb. 

Ailə başçısı cinayəti törədənin azadlıqda olmasından şikayətçidir və onun dəmir barmaqlıqlar arasında qalmasını tələb edir. 

Faktla bağlı araşdırma davam edir.

Gülayə Mecid