3 min 300 avro cəza kəsildi İtaliyanın Boloniya bölgəsində yaşayan insanlar küçənin ortasında tamamilə çılpaq vəziyyətdə gəzən gənc qadını görərək heyrətləniblər.

Unikal.org məlumat verir ki, 26 yaşlı italyalı gənc qadının üstündə yalnız bir cüt ayaqqabısı və çantası olub.

Polis tərəfindən saxlanılan qadına "qeyri-etik davranışa" görə 3 min 300 avro cərimə yazılıb. Belə ki, gənc qadının soyunmasının səbəbini polisə açıqlamasında "müşahidə olunmaq qorxusunu aradan qaldırmaq üçün küçələrdə çılpaq gəzdim" deyə bildirib.

Sosial şəbəkələrdə bu mövzu ilə bağlı bir sıra şərhlər də gəlib. Edilən şərhlərdə gənc qadının əsas davranışının səbəbləri sorğulanıb. Bəzi istifadəçilər bunun "Sosial araşdırma" və ya "Bir sənətkarın performansı" ola biləcəyini, digərləri "Güman ki, bu qadın nə geyinəcəyinə qərar verə bilməz" deyə şərhlərini bildiriblər.

Gülayə Mecid