Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar  Babayev  31 yanvar  2020-ci il tarixində saat 10:00-da Cəlilabad və Biləsuvar rayonlarının vətəndaşlarını Cəlilabad şəhərində yerləşən  Heydər  Əliyev  Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 242) qəbul edəcək.

Unikal.org xəbər verir ki, 31 yanvar 2020-ci il tarixində saat 10:00-da, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Salyan və Neftçala  rayonlarının vətəndaşları ilə Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Təbriz Xəlilbəyli 126) görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov  8) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 012-585-50-73, 050-369-20-77, 050-275-37-75) xahiş olunur.