Argentinada it 17 yaşlı qızı dişləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Lara Sanson adlı qızın şəkil çəkdirmək istədiyi it onu üzündən dişləyib. 2 foto çəkdirdikdən sonra "Alman qurdu" cinsindən olan it yeniyetmə qıza hücum edib. 

Xəstəxanaya aparılan qızın üzünə 40 tikiş atılıb.