İngiltərənin paytaxtı Londonda qəribə oğurluq hadisəsi olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, quldur dəstə "Land Rover" markalı avtomobillə zərgərlik mağazasına girib. Dükanın şüşəsini qıran gənclər qiymətli əşyaları çantalarına doldurub qaçıblar. Onların mağazanın şüşəsini qıraraq içəri daxil olduqları "Land Rover"in də oğurluq olduğu məlum olub.

Oğrulardan biri 34 yaşlı Ben Vegener vətəndaşlar tərəfindən tutulub. Polis tərəfindən saxlanılan şəxs məhkəmənin qərarı ilə 10 illik həbs cəzasına məhkum edilib.