Hindistanda Maninder Sinq adlı şəxs telekanalların birində efirə çıxaraq etiraf etmək istədiyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sevgilisi ilə heç cür evlənə bilmədiklərini qeyd edən 27 yaşlı adam canlı yayım zamanı onu öldürdüyünü etiraf edib.

Gənc qadın 30 dekabr tarixində bir otel otağında ölü tapılmışdı. Qatilin etdiyi əməli etiraf etməsindən sonra canlı efir bitən kimi o, polis tərəfindən saxlanılıb.