Adanada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, avtomobili ilə hərəkətdə olan Suriya əsilli Muhlid El Alluş Nasıra naməlum şəxslər tərəfindən silahlı hücum edilib. Açılan atəş nəticəsində güllə 23 yaşlı adamın başına tuş gəlib. O, xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Suriya vətəndaşının həyati təhlükə ilə üz-üzə olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.