Dünyanın ən bahalı şəhərlərinin yeni siyahısı hazırlanıb.

Unikal.org xəbər verir ki, “Numbeo” saytının hazırladığı siyahıda başçılığı İsveçrənin Sürix şəhəri edir.

Növbəti 4 xətt üzrə qərarlaşanlar İsveçrənin Bazel, Lozanna, Cenevrə və Bern şəhərləridir.

Top 10-luqda Norveçin Stavanger, Oslo, Trondheim, Bergen və İslandiyanın Reykyavik şəhərləri var.

Siyahı tərtib olunarkən əsasən şəhərdəki mağazalar, restoranlar, nəqliyyat, kommunal xərcləri, əhalinin alıcılıq qabiliyyəti və daşınmaz əmlakın qiymətləri nəzərə alınıb.