Daxili İşlər orqanlarında növbəti təyinat olub. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik  Vilayət Eyvazovun əmri ilə, polis mayoru Cavanşir Orucov Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi təyin edilib.

Xəbəri Xaçmaz RPŞ-dən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə nazirin əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov vəzifəsindən azad edilmişdi.

Famil Fərhadoğlu