Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.  

Unikal.org report-a istinadən məlumata görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 

Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub. Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib. O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.

Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.