Bu gün Sumqayıt şəhəri Gənclər evində millət vəkilliyinə namizəd Tahir Mirkişilinin hesabat-görüşü baş tutub. 
Görüşdə ötən 4 il ərzində Sumqayıtda, Milli Məclisdə və Beynəlxalq arenadakı fəaliyyəti barədə ilk dəfə olaraq ictimai hesabat verilib və ölkədə aparılan islahatlardan və sosial siyasətdən danışılıb. 

Unikal.org xəbər verir ki, T.Mirkişili fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə keçirilən seçkidə qalib gəldikləri təqdirdə qarşıda görüləcək işlərdən bəhs etdib.
Millət vəkili namizədi sözlərnə belə davam edib:

"İnsanlarda ölkədə aparılan islahatlara böyük inam var. Seçkilərin uğurlu keçəcəyi və ölkəmizin inkişafında yeni bir səhifə açacağı hər kəsin yekdil fikri oldu".