Yəmən ordusunun Mareb əyalətində yerləşən düşərgəsinin raket atəşinə tutulması nəticəsində ölən və yaralıların sayı artıb.

Unikal.org xəbər verir ki, son məlumata görə, raket atəşi nəticəsində 70 hərbçi həlak olub, 150-i isə yaralanıb.

Yəmən prezidenti Abdurrabu Mənsur əl-Hadi husilər tərəfindən həyata keçirilən hücümu qınadığını bəyan edib. Bildirib ki, balistik raketlərlə reallaşdırılan hücum qorxaqlıq və terrorçuluqdur.