Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, ümumi sahəsi 240 kv.m olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.