Onun üçün xəyalındakı toyu təşkil etdiyi üçün anası Julini də bal ayına dəvət edən Lauren Vall adlı qadın həyatının şokunu yaşayıb. Belə ki, gənc qadının anası, ərindən hamilə qalıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Laurenin anası toyun bütün xərclərini qarşılayıb və qızına 20 min dollar dəyərində möhtəşəm bir toy təşkil edib. 

Lauren və əri Paul toy üçün təşəkkür etmək məqsədiylə bir jest etməyə qərar verdi və bal ayına gedərkən Julieni də yanlarında aparıb. Lauren isə anasının həyatını məhv edəcəyindən xəbərsiz idi. 

Bildirilir ki, Lauren Vall, Paul Vhite ilə tanış olduğu zaman 18 yaşı olub.Bir müddət sevgili olan cütlüyün qızları dünyaya gəlib. Bundan sonra sevgililər evlənməyə qərar verib. 

Lauren mətbuata belə açıqlama verib: 

"Bal ayı üçün Devona getdik. Orada bir həftə qaldıq. Anam və ərim çox yaxşı yola gedirdilər. Kürəkənin kaynanasıyla bu qədər yaxşı razılaşması möcüzə idi.
Ağlıma heç bir şey gətirmədim. Kim anasıyla ərinin eşq yaşayacağını düşünər? Həm də öz bal ayında! İki aydan sonra Paulla münasibətlərimiz pisləşdi və evliliyimiz pozulmağa başladı. Ərimi itirməyə başlamışdım".

Lauren evliliklərinin 3-cü ayında həyat yoldaşının onu tərk etdiyini deyib. Lauren, anası Julienin qarınının şiş olduğunu görüb. Ona bunu soruşduğunda isə anası "qarnımda kist var" cavabını verib.  Boşanma ərəfəsində olan cütlük eşitdiyi xəbərlə həyatının şokunu yaşayıb. Belə ki, gənc qadının əri anası ilə eyni evdə qalamağa başlamışdı. Sonradan ana etdikləri üçün peiman olsa da Paulda ayrılmayıb. Qızına üzr məktubları yazıb və toylarına da dəvət edib.