Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb. Qəza nəticəsində sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.