Bursada 4 nəfər çayxanada oturarkən onlara silahlı hücum edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Kimliyi bəlli olmayan 2 nəfər silahlı şəxs çayxanaya girərək birlikdə oturan 4 nəfərə atəş açıb. Silahlı hücuma məruz qalan şəxslərdən biri öz silahı ilə atəş açıb. İnsident nəticəsində 2 nəfər yaralanıb. Xəstəxanaya aparılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.