Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Novxanı bağları adlandırılan ərazidə qeydə alınıb.

1995-ci il təvəllüdlü Həsənov Məhəmməd Arif oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsi və qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.