Rusiya Prezidenti Vladimir Putin İsrail və Fələstinə səfər edəcək.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

”Növbəti iki gündə Prezident Lipetsk bölgəsinə, həmçinin İsrail və Fələstinə səfər edəcək”, - deyə D. Peskov qeyd edib.

V. Putin yanvarın 23-də Qüdsdə keçiriləcək Beşinci Dünya Holokost Forumuna qatılacaq.