2020-ci ilin fevralın 9-da ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı  YAP Saatlı rayon təşkilatı 65 saylı Saatlı- Sabirabad-Kürdəmir seçki dairəsi üzrə YAP-ın vahid namizədi Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.  

Unikal.org xəbər verir ki, Əhliman Əmiraslanovun seçicilərlə növbəti görüşü Saatlı rayonunun Varxan kəndində keçirilib.

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev bildirib ki, Əhliman Əmiraslanov saatlılar üçün doğma insandır. Onun Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub. Bu mənada inanıram ki, saatlılır bu seçkidə də hörmətli akademikimizi yekdilliklə dəstəkləyəcəklər.

Görüşlərdə çıxış edən Əhliman Əmiraslanov bildirib ki,  ölkəmiz bu gün çox böyük iqtisadi və siyasi islahatların ərəfəsindədir. Biz cənab Prezidentimizə bu işlərdə dəstək olmalıyıq. Ona görə də partiyamızın namizədlərinə dəstək olmaq dövlətimizin uğurlarına dəstək olmaq deməkdir.

Akademik xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da Sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatırıldı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqlarında növbəti addımlar həyata keçirildi. Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.

Görüşdə çıxış edən Varxan kənd və ətraf Seyidlər, Qaracalar və Gomuşçu kəndlərindən olan çoxsaylı seçicilər akademik Əhliman Əmiraslanova səs verəcəklərini birmənalı şəkildə ifadə ediblər.