Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi - 42 ünvanında qeydə alınıb.

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib.

Faktla bağlı araşıdrma aparılır.