Türkiyəli müğənni Bülent Ersoy 300 min qadın fanatı üçün konsert verib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, konsertdən öncə mətbuat konfransı keçirən B.Ersoy dedikləri ilə də hər kəsin diqqətini çəkib. O "uçan milçəyin də notlarını deşifrə edərəm" deyib. 

Konsertdə diqqət çəkən  ən   maraqlı məqam Azərbaycanlı Nigar adlı qadının "diva"ya bağışladığı hədiyyə olub. Nigar adlı xanım müğənniyə brilyant və safirdən ibarət bahalı mələk görünüşlü üzük hədiyyə edib. 

Türk mediası üzüyün dəyərinin 100 min dollar olduğunu qeyd edib. B.Ərsoy isə pərəstişkarına təşəkkür edib.