Milli Məclisin sədri Oqtay Əsədovun adına “facebook” səhifəsi açılıb.

Unikal.org-un məlumatına görə, sözügedən səhifədə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən yenidən 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Oqtay Əsədov gördüyü işlər, keçirdiyi görüşlər, rayonda apardığı təbliğat-təşviqat kampaniyası barədə məlumatlar  yer alıb. 

15 saatdan artıq müddətdə açılan səhifəni bəyənənlərin sayı 187 nəfərdir.