Ərzincanda bir kişi qadın paltarı geyinərək oğurluq etməyə cəhd edib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Zərgər Mesut Yıldırım silahlı şəxsi qonşu sahibkarın köməyi ilə zərərsizləşdirə bilib. 46 yaşlı zərgər 3 il öncə də onun mağazasına oğurluq cəhdi edildiyini bildirib.

Oğurluğa təşəbbüs göstərən Nedim D. isə həbs olunub.