Rusiyanın Ufa şəhərindən Dubaya uçan sərnişin təyyarəsində dava düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sərxoş vəziyyətdə olan bir qadın digər sərnişinlərlə dalaşmağa başlayıb. Təyyarə işçilərinin xəbərdarlıqlarını da vecinə almayan qadına pilot "Dalaşmağa davam edərsəniz İrana təcili eniş edərəm". 

Sərnişinlər sərxoş qadını əllərini lentlə bir-birinə yapışdıraraq sakitləşdirə biliblər. O, təyyarə Dubaya endikdən sonra polisə təslim edilib.