“Bu şəhərdə” Sumqayıtda konsert proqramı ilə çıxış edəcək.

Unikal.org xəbər verir ki, bu barədə komandanın İnstaqram səhifəsində paylaşım edilib. Məlumatda bildirilir ki, "Bu Şəhərdə" komandası məktubla Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edib. Müraciətə cavab olaraq komandanın Sumqayıtda konsert prorqamı ilə çıxış etməsinə lazımi şərait yaradılacağı bildirilib.