Dünyanın bir sıra ölkələrində “Facebook” sosial şəbəkəsinin işində problem yaranıb.

Unikal.org xəbər verir ki, bu barədə aparıcı internet resurslarının işini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, sosial şəbəkənin işindən ən çox ABŞ, Latın Amerikası ölkələri, Avstraliya, həmçinin Avropa dövlətlərinin, o cümlədən Fransa, Polşa, Yunanıstan, İspaniyanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Dünyanın bir sıra ölkələrində habelə "Google” şirkətinin də fəaliyyətində problemlər müşahidə edilir.

“Downdetector” saytının yaydığı məlumata görə, “Google”, “YouTube” videohostinqinin, həmçinin “Gmail” servisinin işində nazaslıqlar müşahidə edilir. Bir çoxları “YouTube”da videoçarxları izləyə bilməmələrindən, “Gmail” istifadəçiləri isə öz akkauntlarına daxil olmaqda çətinlik çəkmələrindən şikayətlənirlər. Bura ABŞ, Avropa və Latın Amerikası ölkələri daxildir. Rusiyanın bir sıra ərazilərində də istifadəçilər internet resurslarından istifadədə çətinliklərlə qarşılaşıblar.