ABŞ-lı rəqqasə və aktrisa Julian Houf, qatıldığı bədən enerji seansında müalicə zamanı ağrılara dözə bilməyib və qışqırmağa başlayıb.

Unikal.org xarici KİV-nə istinadən xəbər verir ki, bir çox məşhurlar Dr.Amaralın passientidir. Həmin tərəfindən aparılan müalicə üsulu şeytan çıxarmağa bənzədilib. 

31 yaşlı Julian də John Amaralın müalicə seansına qatılıb. Julianı saxlanan duyğu dalğalarının hərəkət yolu ilə necə sərbəst buraxılacağını göstərmək üçün masaya uzadıb. Videoda da göründüyü kimi Dr. Amaral əllərini yüngülcə Julianın boyununda tutur və əlləri hərəkət etdirir. Rəqqasə həkimin əl hərəkətlərinə Julian bədəni ilə sərt və ani hərəkətlərlə cavab verir.

Dr. Amaral, məşhurların enerji həkimi kimi tanınır. Xroniki ağrı və ya emosional travma ilə mübarizə aparan və ya yalnız toxunulmamış potensiallarını kəşf etmək istəyənlər ona müraciət edirlər. Məşhur qadın müalicə bitdikdən sonra özünü xoşbəxt hiss etdiyini  açıqlayıb. 

Görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri "Bu rəsmən şeytan çıxartma ayinidir" deyə bildirib.