Sabunçu RPİ-yə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı yük avtomobilinin qaçırıldığını bildirib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyindən (DİN) daxil olan məlumatda bildirilir.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Quliyevin qardaşı, Beyləqan rayon sakini Ç.Quliyev saxlanılıb.