Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı 5 nəfər xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.