Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 20 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində 1015 nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.