Unikal.org-un Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən şəhid bulağının  baxımsız vəziyyətdə olması ilə bağlı xəbər yayımlayandan sonra sözügedən problem öz həllini tapıb.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Deputat bildirib ki, bu gün bulağın təmirinə başlanılıb: 

"Bu günlərdə feysbukda mənim səhifəmə Mingəçevir şəhərində yaşayış kvartallarının birində şəhid xatirəsi bulağının bərbad vəziyyəti barədə şəkil və müraciət yerləşdirildi. Məsələni nəzarətə götürdüm. Bu gün bulağın təmirinə başlandı. Səhər özüm gedib işin gedişatına baxdım. Allah bütün şəhidlərə rəhmət eləsin".