İranda uçuş zamanı təyyarədə yanğın başlayıb.

Unikal.org Mehr agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün günün ikinci yarısında baş verib.

Ölkənin şimalındakı Qorqandan Tehrana uçan təyyarənin mühərrikində yanğın başlayıb. Pilot təyyarəni aeroporta endirməyi bacarıb. Sərnişinlər arasında xəsarət alan olmayıb.