ABŞ-da daha bir yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kaliforniyada Orinc dairəsinin Səhiyyə Agentliyinin press-relizində deyilir.

Bildirilir ki, yeni növ koronavirusa yoluxan şəxs Çinin Uxan şəhərindən ABŞ-a gəlib. O, hazırda xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl ABŞ-da yeni növ koronavirusa 2 yoluxma faktı qeydə alınmışdı.