Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

"Neolit" restoranının yaxınlığında "KİA" və "Opel" markalı minik avtomobilləri toqquşub.

Nəticə 3 nəfər - Nağıyev Çingiz İsgəndər oğlu, Həmzəyev Həmzə Vəkil oğlu və Bürcəliyev Tural Əkrəm oğlu xəsarət alıblar.

Yaralılar 3 saylı şəhər xəstənasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.