Türkiyənin Elazığ ərazisində baş verən zəlzələ hadisəsi gündəmi sarsıdıb. 

Müğənni Sıla Elazığda baş verən  zəlzələdən sonra sosial şəbəkə hesabından dostları ilə  içki məclisində olarkən çəkilmiş fotosunu paylaşıb. 

Unikal.org-un məlumatına görə, məşhur aşbaz Hazer Amani ilə evlənən Sılanın  “Instaqram”dakı paylaşımı izləyicilərinin mənfi reaksiya verməsinə səbəb olub. 

Belə ki, fanatları məşhur müğənnini başlarına gələn ağır günlərdən çəkinməkdə günahlandırıblar.  Hətta bir çox izləyicisi Sıla "Elazığda bir zəlzələ oldu, xəbəriniz var?" deyə sualını veriblər.

Gülayə Mecid