Bakıda metro qatarında problem yaranıb.

Bu barədə Unikal.org-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə bu gün səhər 7:35-də baş verib:

"Qatarda nasazlıq yaranıb və dərhal "Nəriman Nərimanov" stansiyasından texniki baxış məqsədilə depoya göndərilib. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub".