Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

Unikal.org-un məlumatına görə, təşkilatın qış sessiyasında belçikalı senator Hendrik Daemsin AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri H. Daems bu posta yeganə namizəd olub.

O, bu vəzifədə Lilian Mori Paskieni əvəz edib.