Bakıda yeniyetmə qardaşlar evlərdən 21 min manatlıq oğurluq edib.

Bu barədə  Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan Qazax rayon sakinləri olan 2 yeniyetmə qardaşın ətarfında Xətai Rayon Polis İdarəsinin 35 və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki daha 3 evdən 6300 manat, 1500 ABŞ dolları, 15000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.