Vladivostok şəhərində Rusiyanın hərbi potensialı barədə gizli materiallar toplamağa cəhd edən yaponiyalı jurnalist saxlanılıb.

Unikal.org xəbər verir ki,  saxlanılan şəxs jurnalist vizası ilə Rusiyaya gəlib.

Məlum insidentlə bağlı Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb, səfirə Yaponiya vətəndaşının qeyri-qanuni fəaliyyəti ilə bağlı etiraz notası təqdim edilib.

Rusiyanı tərk etmək üçün 72 saat vaxt verilən yaponiyalı jurnalistin artıq öz ölkəsinə yola düşdüyü qeyd edilib.