Bursada polisin həyata keçirdiyi əməliyyatlar nəticəsində ceyran dərisi üzərinə yazılmış Tövrat ələ keçirilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, ceyran dərisi üzərinə yazılmış dini kitabın dəyərinin 2,5 milyon dollar (4 milyon 250 min manat) olduğu bildirilib. Saxlanılan 32 yaşlı F.N. məhkəmə qarşısına çıxarıldıqdan sonra nəzarət altında qalmaq şərti ilə sərbəst buraxılıb.