Koronavirus iqtisadi cəhətdən də dünyaya ziyan verməyə başlayıb.

Unikal.org xarici Kİv-ə istinadən xəbər verir ki, dəhşətli virusun ortaya çıxdığı gündən bu yana Çində neftin qiyməti aşağı düşüb. Bu son 3 ayda müşahidə olunan ən aşağı qiymət olaraq müəyyənləşib. 

Neftin qiymətinin düşməsinin əsas səbəbi olaraq Çinin bir çox şəhərlərinə giriş-çıxışların qadağan olunması göstərilir.