Bakıda mağaza qarət edilib.

Unikal.org-un xəbərinə görə, hadisə yanvarın 23-də, səhər saat 5 radələrində, paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs qəsəbə sakini N.Quliyevə məxsus mağazadan 712 manat pul oğurlayıb.

Daha sonra N.Quliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İlkin ələkbərov müəyən edilərək saxlanılıb.

Faktla bağlı başlanılan cinayət işi üzrə araşdırmalar aparılır.