“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Yaponiyanın TEPSCO dövlət şirkətinin Mərkəzi Asiya üzrə direktoru Noriaki Taketaninin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Unikal.org xəbər verir ki, Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və TEPSCO şirkətinin biznesin inkişafı üzrə meneceri Yashushi Shinoginin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb. 

Görüşdə “Azərenerji” ilə TEPSCO əməkdaşlığının 25 ilinin tamam olması mövzusu xüsusilə vurğulanıb və Baba Rzayev Noriaki Taketaniyə təşəkkürnamə təqdim edib.