İstanbulda avtomobil yola çıxan atlarla toqquşub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza, saat 06:30 radələrində Silivri rayonu E-5 magistral yolunun Kumburgaz-Büyükçekmece hissəsində baş verib. 

Fikrettin Mərmərin idarə etdiyi 34 EH 9625 dövlət nömrə nişanlı avtomobil sürücüsü idarəetməni itirərək yol kənarındakı 3 atı vurub. Zərbənin təsirindən atlardan biri avtomobilin ön şüşəsindən içəri keçib və tələf olub. 

Nəqliyyat vasitəsinin sürücüsü yüngül xəsarətlə qəzadan sağ çıxıb.