“Fransa koronavirusla əlaqədar Çindəki vətəndaşlarını təxliyə etməyə hazırlaşır”.

Unikal.org xəbər verir ki, bunu Fransanın ekologiya və davamlı inkişaf naziri Jan-Batist Cabbari deyib. 

Məlumata görə, ilk təyyarə yanvarın 29-da Çinə yola düşəcək. Çindən gələcək vətəndaşların karantin altına alınacağını bildirən nazir növbəti təyyarənin də göndəriləcəyini açıqlayıb. Amma ikinci təyyarənin Çinə nə zaman uçacağı hələlik məlum deyil.