Xəbər verdiyimiz kimi, Elazığda 6.8 bal gücündə zəlzələ baş vermişdi.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhərdə yerləşən 7 mərtəbəli binanın zəlzələ nəticəsində zərər gördüyü üçün sökülməsi işlərinə başlanılıb. Bina sakinlərindən biri olan Makbule Baran həmin binadaki evini 3 ay öncə aldığını bildirib. O, içərisinə 40 min TL (11 min manat) xərclədiyi evinə zəlzələ hadisəsindən 2 həftə öncə köçdüyünü qeyd edib.